Elm

Kosmik tullantılar və onların artan təhlükəsi

Kosmik tullantılar gələcəkdə böyük bəlaya çevrilə bilər. Peyklərdən, kosmik stansiyalardan və raketlərdən geriyə qalan və açıq kosmosda yüksək sürətlə hərəkət edən parçalar gələcək illərdə Yerdən kənara çıxışımıza mane olacaq qədər arta bilər.

Kosmik tullantılar gələcəkdə ciddi problemlərə gətirib çıxara bilər. Avropa Kosmik Agentliyi (ESA) astronavtı Tim Peake 2016-cı ildə Beynəlxalq Kosmik Stansiyanın (BKS) pəncərəsindən çəkilmiş bir fotoşəkil paylaşmışdı. Bu fotoşəkildə görünürdü ki, kiçik hissəciklərdən ibarət olan tullantılar bəşəriyyətin kosmosdakı yeganə yaşayış mərkəzinin mənzərəsinin qarşısını kəsməklə qalmamış, eyni zamanda Stansiyanın pəncərəsini də zədələmişdi.

Kiçik bir qırıntı, filtrlənməmiş günəş şüası səbəbilə soyulmuş boyalar və ya hər hansı bir peykdən qopan metal hissəciklər… Bəs ayrı-ayrılıqda əhəmiyyətsiz görünən bu tullantılar necə olur ki, kosmosdakı gələcəyimiz üçün hədəyə çevrilə bilirlər?

Arizona Universitetinin alimi Vishnu Reddy-ə görə təhdidin səbəbi sürətdir. Beynəlxalq Kosmik Stansiyanın da olduğu Aşağı Yer Orbitində köhnə peyk hissəciklərindən tutmuş, qalxışdan sonra buraxılan raketlərə qədər bir çox kosmik tullantı mövcuddur. Yer səthindən 400 km yüksəklikdə yerləşən aşağı orbitdə bir çox peyk planetimiz ətrafında hərəkətini 90 dəqiqədə tamamlayır. Bu da 25.000 km/saat sürət deməkdir. Müqayisə üçün bildirək ki, bu sürət bir mərminin Yerdəki sürətindən 10 dəfə çoxdur.

Sürətin önəmi burada ortaya çıxır. Cisimlərin böyüklüyü toqquşma anında önəmli olmaya bilər, ancaq sürət kiçik hissəcikləri belə ciddi təhlükəyə çevirə bilir. Yer səthində bir mərminin insana vermiş olduğu zərərin eynisini kosmosda hərəkət edən kiçik metal hissəcik 25.000 km/saat sürətlə ixtiyarı bir peykdə və ya Beynəlxalq Kosmik Stansiyada yarada bilər.
Peyklər aşağı orbitdə bir çox fərqli marşrutla hərəkət edirlər. Onların bəziləri ekvator üzrə üfüqi hərəkət edir, digərləri isə qütblərdə şaquli istiqamətdə. Digər qrup peyklər isə Yerin fırlanmasının əksinə doğru hərəkət edirlər. Bu hissələrdə tullantılar artdıqca isə aşağı Yer orbiti iş çıxışlarında yaranan tıxacları xatırlatmış olur.

kosmik tullantılar
Astronavt Tim Peak-in çəkdiyi kosmik tullantının Beynəlxalq Kosmik Stansiya ilə toqquşaraq yaratığı oyuq izinin şəkli. 2016-cı il

Vishnu Reddy Beynəlxalq Kosmik Stansiyanın şüşələrinə 2016-cı ildəkindən daha böyük hər hansı zərərin dəyməməsini sadəcə şans olaraq görür. Reddy o ölçüdə bir hissəciyin şüşədə və ya gövdədə kiçik cızıqlara səbəb olduğu halda, noxud boyda bir tullantının kritik uçuş mexanizmlərinə həyati əhəmiyyətli zərər verə biləcəyini bildirir. Alimə görə tennis topu ölçüsündəki bir tullantı ilə toqquşma isə Stansiyanı həmin anda təzyiqsiz hala gətirər və astronavtların nəfəs almaları mümkün olmaz.

Sizə maraqlı ola biləcək yazı: James Webb Kosmik Teleskopu

Hələlik bu cür zədələrə yol açacaq toqquşmalardan yayınmaq mümkündür. Yer səthindən xəbərdarlıq siqnalları və nəzarətlə marşrutu dəyişərək mümkün zədələnmədən qaçmaq olur. Beynəlxalq Kosmik Stansiya orbitə çıxdığı 1999-cu ildən bu yana belə manevrləri 25 dəfə həyata keçirib. Ancaq gələcəkdə bu tipli manevrləri yerinə yetirmək üçün lazımi sahəyə malik olmaya bilərik. Yığılan komsik tullantılar növbəti 10 il ərzində peyklərin və Stansiyanın aşağı orbitdə hərəkətinə mane olacaq qədər arta bilər.

Problemin həlli üçün bir çox fərqli üsullar yoxlanılır. Qarmaq və maqnitlər vasitəsilə kosmik tullantıların atmosferə daxil olaraq atmosferdə sürtünərək yandırılması layihəsi üzərində işlər gedir. İndiki dövrdə risk böyük olmasa da komsik tullantıların çoxalmasının qarşısını almasaq internet, televiziya yayımları, hava proqnozu kimi həyatımızda önəmli yer tutan bir çox vasitə ilə vidalaşmaq məcburiyyətində qala bilərik.

Məqalənin original mətnini buradan oxuya bilərsiniz.

JSaffar

Bookworm, captain of Diplomaticos team

Oxşar yazılar

Back to top button