Texnologiya

Kompüterinizdəki YouTube’a telefonunuzdan necə qoşulmaq olar

YouTube video və ya musiqilərini iOS və ya Android telefonunuzdan idarə etmək olduqca sadədir. Televizor, oyun konsolu və ya digər cihazlar telefonunuzla eyni Wi-Fi şəbəkəsinə bağlıdırsa, birbaşa cihaza qoşulmaq üçün telefonunuzun YouTube tətbiqində “Cihaza qoşul” işarəsi olmalıdır.

Bunun üçün YouTube-u iOS və ya Android telefonunuzdan komputerinizə qoşmaq üçün Chrome-da kiçik dəyişikliklər etməlisiniz.

Aşağıdakı təlimatlar ingilis dilində olacağı üçün, Youtube-un dilini də ingiliscəyə çevirməniz işinizi asanlaşdıra bilər.

Əvvəlcə, komputerinizdəki Chrome-da, Chrome uzantısı – Custom UserAgent String quraşdırmalısınız. Bu, komputerinizin Chrome versiyasını ağıllı televizor, oyun konsolu və ya digər cihazlara dəyişdirməyə imkan verəcək. Bundan yalnız müəyyən veb saytlara tətbiq etmək üçün istifadə edə bilərsiniz, biz isə YouTube saytına qoşulmaq üçün tətbiq edəcəyik.

Cast Youtube Pc From Android Phone Custom Useragent Extension

Quraşdırdıqdan sonra, uzantı Chrome uzantıları (Chrome extensions) bölməsində mavi qlobusa bənzər simvol kimi görünməlidir. Əks halda, müvaviq olaraq Chrome menyu işarəsi -> More tools  -> Extensions tıklayın. Açılan səhifədə UserAgent uzantısını tapın və açıq / mavi işarə olduğuna əmin olun.

Cast Youtube Pc From Android Phone Custom Useragent Extensions

Sonra, UserAgent uzantısına, daha sonra isə Options işarəsinə tıklayın. Açılan menyulara önəm verməyin. ” Enter a desired URL ” qutusuna daxil edin:

 https://youtube.com/tv

Sonra yanındakı böyük qutuya daxil edin:

Mozilla/5.0 (Linux; Tizen 2.3) AppleWebKit/538.1 (KHTML, like Gecko)Version/2.3 TV Safari/538.1

Cast Youtube Pc From Android Phone Custom Useragent Tizen

Bu cüt qutular youtube.com/tv saytına nə zaman daxil olsanız, Chrome’unuzun qoşulmağına imkan verəcək.

Hər iki qutunu doldurduqdan sonra, xüsusi istifadəçi sətrini təsdiqləmək üçün sağdakı “+” işarəsinə tıklayın.

Qeyd: “desired URL” qutusuna URL-i daxil etdiyiniz zaman, həmişə yeni “URL” qutusuna avtomatik keçid etməyə bilər. URL yaratdığınız zaman “youtube.com/tv” URL-də görünmürsə, onu URL qutusuna əlinizlə (manual) daxil edin.

Cast Youtube Pc From Android Phone Confirm

Chrome’da youtube.com/tv saytına daxil olun. Bu zaman veb brauzerinizdən giriş etmək üçün dəvət almalısınız. Üzərinə tıklayın, sonra təlimatları izləyin. Telefonunuzda youtube.com/activate saytına daxil olun və kodu daxil edin.

Cast Youtube Pc From Android Ios Phone Connect

“YouTube hesabınıza daxil olmaq istəyir” mesajı alacaqsınız. İcazə ver düyməsini tıklayın. Daha sonra komputerinizdə youtube.com/tv ünvanında YouTube-un TV versiyasına daxil olmalısınız.

Cast Youtube Pc From Android Ios Phone Working

Qoşulmaq işarəsi telefonunuzdakı YouTube-da görünməlidir və siz artıq telefonunuzdan komputerə qoşulmağı bacarmısınız.

Cast Youtube Pc From Ios Android Phone Cast

Telefonunuzun komputerinizdəki youtube.com/tv-yə hələ də qoşulmadığı halda, telefonunuzdakı YouTube tətbiqetməsində müvafiq olaraq Settings -> Watch on TV -> Enter TV Code (TV kodunu daxil et) tıklayın, sonra ekranda görünən uzun kodu daxil edin.

Cast Youtube Pc From Android Phone Link

Unutmayın ki, brauzerinizdə youtube.com/tv açıq olmalıdır. Bağlı olduğu təqdirdə, qoşulma baş tutmayacaqdır.

Oxşar yazılar

Back to top button