Elm
Trend

Kosmosda kəşf olunan qeyri-adi varlıq – Nəhəng Qövs

Elm adamları 3,3 milyard işıq ili uzunluğunda nəhəng qövs formalı oxa bənzər varlıq kəşf ediblər. Bu, kosmosda kəşf olunan qeyri-adi varlıq kimi qeyd olunur. Mövcud nəzəriyyələrə görə, “mümkünsüz” varlıq astronomların kainat haqqında biliklərinə meydan oxuyur.

Giant Arc adlanan bu varlıq qalaktikalardan, qalaktik qruplardan və çox sayda qaz və tozdan ibarətdir. Dünyadan 9.2 milyard işıq ili məsafədə yerləşən bu varlıq müşahidə oluna bilən kainatın (Dünyadan görünə bilinən kainat və obyektləri) təxminən on beşdə birini əhatələyir. Kosmosda kəşf olunan qeyri-adi varlıq Dünyadan adi gözlə görülməsi mümkün olmayan məsafədədir. Ancaq tədqiqatçılar bildirir ki, əgər həmin varlıq görünsəydi, o zaman səmada görünən Dolunaydan təxminən 20 dəfə böyük olardı.

Elm adamlarının üstündə dayandığı əsas mövzulardan biri də budur. Çünki belə bir varlıq kosmos elminin “hara baxırsınızsa baxın, kainatdakı bütün maddələr böyük ölçüdə eyni səpələnib” nəzəriyyəsini və fikirlərini təkzib edir. Çünki bu nəzəriyyəyə əsasən 1 milyard işıq ilindən böyük həcmə sahib olan sahələrdə maddələrin eyni səviyyədə səpələndiyi müşahidə olunur. Kəşf olunan bu “Nəhəng qövs” isə bu nəzəriyyədə səsləndirilmiş həcmdən təxminən üç dəfə çoxdur.

Birləşmiş Krallıqda yerləşən Central Lancashire universitetinin doktorantı Alexia Lopez bu məlumatları və tapıntıları Amerikan Astronomiya Cəmiyyətinin 7 iyun internet üzərindən reallaşdırılan konfransında açıqladı. Onun sözlərinə görə kəşf olunmuş bu yeni varlıq bildiyimiz və dərk etdiyimiz kosmologiyanı alt-üst edə bilər. Lopez bu işlə məşğul olarkən təxminən 40 min kvazardan, yəni yüksək enerjili qalaktikadan gələn işığı istifadə edərək səmadakı cisimlərin xəritəsini hazırlayırdı. Bu işıq kvazarlarla Dünya arasında qət edərkən müxtəlif elementlər tərəfindən udulur və tədqiqatçılara vacib məlumatlar verə biləcək izlər qoyur.

Lopezə görə, kvazarlar bu şəkildə qaranlıq bir otaqda işıq fənəri kimi davranaraq Dünya ilə onların arasında mövcud olan maddələri işıqlandırır. Lopez tədqiqat zamanı əldə etdiyi kosmik xəritələrin ortasında qəribə bir varlıq ortaya çıxdığını bildirdi. Onun sözlərinə görə bu böyük bir “ox”un başlanğıcı idi. Daha sonra Lopez Roger Clowes ilə birlikdə bu məsələ üstündə işləməyə başlayıb.

kosmosda kəşf olunan qeyri-adi varlıq, Nəhəng qövs
Mavi nöqtələr SDSS tərəfindən qeydə alınan kvazarlar, boz ləkələr isə maqnezium olan uzaq qalaktikaların təsviridir. Təsvirin mərkəzindəki kobud “təbəssüm şəklində foma” qalaktikaların əmələ gətirdiyi “Nəhəng Qövs (ox)”dur. Mənbə: Lopez və digərləri, 2021

Onların məqsədi qalaktikaların təsadüfən ox şəklində sıralanma ehtimalını anlamaq idi. Bunun üçün onlar üç statistik analiz etdi. Üç analiz də kəşf olunan “Nəhəng Qövs”ün real olmama ehtimalının 0.0003-dən az olduğunu isbatladı. Buna baxmayaraq, tədqiqatın ilkin nəticələrini şərh edən Oxford Universitetinin astrofiziki Subir Sarkar, səsləndirilən fikirlərin maraqlı və həyəcanlı olduğunu bildirdi. Ancaq yeni kəşfin mövcudluğu sübut olunmamış qalır. Mövcudluğunun təsdiqlənməsi və qəbul edilməsi üçün daha çox müşahidəyə ehtiyac var.

Sizə maraqlı ola biləcək yazı: Superkeçiricilərin Qısa Tarixi

Hər bir halda, yeni kəşf olunmuş “Nəhəng qövs”ün tədqiqatı davam edəcəkdir. Kainatda müasir kosmologiya anlayışına uyğun olmayan başqa sirli və genişmiqyaslı varlıqlar artıq aşkar edilir. Əgər belə bir varlıq varsa, maddənin böyük həcmdə bərabər paylandığını göstərən standart model haqqında da yeni suallar yaranacaqdır.

Əlavə araşdırma üçün aşağıdakı mənbələrdən istifadə edə bilərsiniz.

Kanal:
Telegram kanalmız
Mənbə:
This 3-Billion Light-Year Long Galaxy Chain Could ‘Overturn CosmologyAn arc of galaxies 3 billion light-years long may challenge cosmology'Giant arc' stretching 3.3 billion light-years across the cosmos shouldn't existSCIENTISTS DISCOVER GIANT ARC OF GALAXIES THAT COULD “OVERTURN COSMOLOGY”

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button