Tech

Planetdə inqilab edəcək 3 TEXNOLOGİYA

Təsərrüfat fəaliyyətinin planetimizə təsiri olduqca böyük və amansızdır. Yer üzünün istifadəyə yararlı quru səthinin təxminən yüzdə 40-ı əkin sahələri və otlaq üçün istifadə olunur. Ev heyvanlarının sayı vəhşi populyasiyadan qat-qat çoxdur. Hər gün daha çox meşə sahəsi taxıl və otlaq sahəsinə çevrilir və hər il Birləşmiş Krallıq qədər böyük bir ərazi itirilir. Bəşəriyyətin iqlim dəyişikliyini həll etmək ümidi varsa, əkinçiliyin bugün gəldiyi yeri yenidən gözdən keçirməliyik.

Həmçinin, Covid-19 mövcud qida sisteminin zəif tərəflərini ortaya çıxardı. Kənd təsərrüfatı alimləri onilliklərdir əkinçilik əməyinin istismarçı və çətin ola biləcəyini söyləyirlər. Buna görə də, təsərrüfat sahibləri qida işçilərinin virusdan uzaq qalmalarını təmin etmək üçün mübarizə aparırlar. Bununla yanaşı, təsərrüfatlarının da fəaliyyətlərini davam etdirmək məqsədilə işçi qüvvəsi idxal etməkdə də çətinlik çəkirlər.

“Kifayət qədər və vaxtında” qida təchizatı zənciri səmərəlidir, lakin bu da israfa yol açır. Əkin sahələri qurmaq üçün vəhşi təbiəti zəbt etməyin, xüsusilə insanların virusların toplandığı yerlərlə yaxın təmasda olmasının insan populyasiyası üçün müsibətlərə səbəb olduğu hamıya məlumdur.

Bu problemləri həll etmək üçün yeni texnologiyalar qida istehsalına daha yaşıl bir yanaşma vəd edir və daha çox bitki-mənşəli, il boyu məhsul verən, yerli və intensiv istehsala fokuslanır. Üç texnologiya – şaquli, hüceyrəvi və dəqiq kənd təsərrüfatı – torpaq ilə qida arasındakı əlaqəni yenidən qura bilər. 

3. Qutuda Təsərrüfat

Şaquli kənd təsərrüfatı – üst-üstə yığılmış koteynerlərdə qida yetişdirmə təcrübəsidir və yeni deyil; yenilikçilər Roma dövründən bəri məhsulu qapalı şəraitdə yetişdiriblər. Yenilik isə, LED işıqlandırma və inkişaf etmiş robotexnikanın səmərəliliyidir ki, bu gün şaquli kənd təsərrüfatlarında tarlada mümkün olduğundan 20 dəfə daha çox qida əldə etmək imkanı verir.

Hal-hazırda şaquli kənd təsərrüfatlarının əksəriyyəti sürətli və gəlirli olduğu üçün yalnız kahı, göyərti və digər mikro otları istehsal edirlər, lakin işıqlandırma xərcləri azalmağa və texnologiya inkişaf etdikcə beş il ərzində daha çox məhsul əldə etmək mümkün olacaqdır.

Şaquli təsərrüfatların nəzarət olunan mühitləri pestisid və herbisid istifadəsini önəmli dərəcədə azaldır, karbonsuz ola bilir və suyu təkrar emal edirlər. Həssas məhsulların tarlada istehsalının çətin və ya qeyri-mümkün olduğu soyuq və ya isti iqlimlər üçün şaquli təsərrüfat Kaliforniya kimi bölgələrdən giləmeyvə, kiçik meyvələr və avokado kimi bahalı və ekoloji cəhətdən intensiv idxalın sona çatmasına kömək edəcəkdir.

Hüceyrəvi təsərrüfat və ya heyvansız heyvan məhsulları istehsal edən elm, daha böyük bir dəyişiklikdən xəbər verir. Yalnız 2020-ci ildə yüz milyonlarla dollar investisiya bu sektora yatırıldı və son bir neçə ayda ilk məhsullarını bazara çıxardılar.

Buraya inəklərin hazırlanmasında heç bir töhfəsi olmayan Brave Robot “dondurma”ları və Eat Just’ın məhdud sayda bazara çıxardığı heç vaxt qaqqıldamayan “toyuq”ları daxildir.

Dəqiq kənd təsərrüfatı isə başqa bir böyük innovasiya sahəsidir. Tezliklə özünü idarə edən traktorlar lazımi toxumu lazımi yerə əkmək üçün məlumatları istifadə edəcək və hər bitkiyə enerji, çirklənmə və tullantıları azaldaraq tam olaraq lazımi miqdarda gübrə verəcəkdir.

Birlikdə, şaquli, hüceyrəvi və dəqiq kənd təsərrüfatı daha az torpaqda və daha az müdaxilələrlə  daha çox qida istehsal etməyimizə imkan verəcəkdir. İdeal olaraq, hər yerdə, ilin istənilən vaxtında istənilən məhsulu istehsal edə biləcək və uzun, həssas, yüksək həcmdə enerji tələb edən təchizat zəncirlərinə ehtiyacımızı aradan qaldıracağıq.

2. Kənd Təsərrüfatı 2.0 Hazırdırmı?

Əlbəttə ki, bu texnologiyaların heç biri bütün dərdlərimizə dəva deyil. Birincisi, bu texnologiyalar sürətlə təkmilləşsələr də, kütləvi istifadə üçün tam hazır deyillər. Bir çoxu kiçik və orta fermer təsərrüfatları üçün çox baha olaraq qalır və təsərrüfatların konsolidasiyasına səbəb ola bilər.

Bəzi istehlakçılar və qida nəzəriyyəçiləri ehtiyatlı davranaraq niyə bizim qidaları ulu babalarımızın istehsal etidiyi kimi istehsal edə bilməyəcəyimizi düşünürlər. Bu əkinçilik texnologiyalarını tənqid edənlər, yerli istehlakçıların ehtiyacını ödəyən çoxşaxəli və kiçik miqyaslı təsərrüfatlar sayəsində davamlılıq təmin edən aqroekoloji və ya yeniləyici əkinçiliyi tələb edirlər. Yeniləyici kənd təsərrüfatı çox perspektivlidir, lakin miqyasının genişlənəcəyi bəlli deyil.

cultured meat

Bunlar ciddi fikirlər olsa da, qida təhlükəsizliyi mövzusunda hamıya uyğun bir anlayış yoxdur. Məsələn, alternativ kiçik miqyaslı qarışıq əkinçilik təsərrüfatları da işçi çatışmazlığına məruz qalır və adətən aşağı gəlirli istehlakçıların imkanları xaricində bahalı qida istehsal edirlər. Ancaq bu iki seçimdən birini tərcih etməyi tələb edən bir vəziyyət olmalı deyil. Bütün yanaşmaların müsbət və mənfi cəhətləri var. Biz əkinçilik texnologiyasını mənimsəmədən, iqlim və qida təhlükəsizliyi hədəflərimizə çata bilmərik.

1. Kənd Təsərrüfatının Ümidli Gələcəyi

Alternativ əkinçiliyin ən yaxşı tərəflərini (yəni davamlılıq və qidalanma öhdəliyi), ənənəvi əkinçiliyin ən yaxşı tərəflərini (iqtisadi səmərəlilik və əlçatan olması) və digər yeni texnologiyalardan istifadə edərək dünyada kənd təsərrüfatı sahəsində inqilab edə bilərik.

Kənd təsərrüfatına yeni bir yanaşma, “qapalı dövriyyə inqilabı”, Hollandiyanın inkişaf etmiş istixanalarından, Sinqapurun qapalı balıqçılıq təsərrüfatlarından Silikon Vadisinin hüceyrəvi kənd təsərrüfatı şirkətlərinə qədər tarlalarda (və laboratoriyalarda) çiçəklənməkdədir.

Hidroponik xiyarlar LED işıqları ilə qaparlı yerdə yetişdirilə bilər

Qapalı dövriyyə təsərrüfatları az pestisid istifadə edir, torpaq və enerjiyə qənaət edir və suyu təkrar emal edirlər. İl boyu yerli istehsala imkan verə, təkrarlanan əl əməyini azalda bilir, ətraf mühitin nəticələrini və heyvanların rifahını yaxşılaşdırır. Əgər bu obyektlərin idarəsində yaxşı siyasət həyata keçirilsə, əkinçilik üçün lazım olmayan ərazilərin parklar və ya heyvanların sığınacağı kimi təbiətə qaytarılmasını görə bilərik.

Bugünkü dünya 10.000 il əvvəl başlayan kənd təsərrüfatı inqilabı ilə formalaşmışdır. Bu növbəti inqilab da eyni dərəcədə təsirli olacaq. Covid-19 qida sistemimizdəki problemləri önə çıxarmış ola bilər, ancaq bu qədim və vacib sahədə uzunmüddətdə yaxşı nəticələr əldə olunacağı barədə çox ümidliyik.

 

Məqalənin orijinal mətnini buradan oxuya bilərsiniz.

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0

Comments are closed.

0 %