Elm

‘Qiyamət Kassasına’ əlavə olunmuş, gələcək nəsillər üçün 21TB’lıq kod

Qiyamət günü haqqında nəzəriyyələr, konspirasiyalar və inanclar bəşəriyyət yarandığı andan mövcuddur. Mümkün bir qiyamət ssenarisi üçün Norveçdəki “Qiyamət Kassasında” saxlanılan “Svalbard Layihəsi” tam 1 milyon toxum nümunəsini qala kimi möhkəm sığınacaqda qorunur. Ancaq bu sığınacaqda qorunan sadəcə toxum nümunələri deyil.

Qiyamət

Gələcək nəsillər üçün 21 Terabaytlıq kod “Qiyamət Kassasına” əlavə olundu.

Svalbard Qlobal Toxum Kassasında alternativ enerji mənbəyi olaraq kömür mədəni də mövcuddur. Bu kassanın yerləşdiyi yarımadada 21 TB həcmində hazırda mövcud olan texnologiyalarla bağlı açıq qaynaqlı kodlar da qorunur. Bu kodları buraya yerləşdirmək asan deyildi, bu işdə Github platformasının böyük əməyi var. Github strateji layihə rəhbərinin sözlərinə görə onların əsas məqsədi bu kodların gələcək nəsillər üçün 1000 il təhrifsiz qorunaraq gələcəkdə asanlıqla əlçatan olmasıdır. Proyekt 2019-cu ildə elan olunmuş və 6000 açıq qaynaqlı kodları özündə ehtiva edən proyektlər bu kassaya yerləşdirilmişdi. Ümumilikdə isə bu kodların həcmini ifadə etmək üçün onların buzlaqlar altında necə saxlandığını da qeyd etmək lazımdır. 186 ədəd 1 kilometrlik rəqəmsal şəkildə yazılmış bütün məlumatların olduğu lentlərin həcmi 21 terabaytdır. Artıq arxivləşdirilən bu lentlər xüsusi olaraq hazırlanmış və minimum 500 il olmaqla saxlanması mümkündür. Bu lentlər Arktikada Dünya arxivinin 250 metr altında polad konteynerlərdə mühafizə edilir. Lentlərin üzərində xüsusi QR kod texnologiyasına bənzəyən metodologiya tətbiq olunmuşdur. Bu lentlər gümüş və polyesterdən hazırlanmış, hər lentdə 8.8 milyon mikroskopik piksel var. Lentlərin istehsalçısı olan Piql şirkətinin açıqlamalarına görə lent yüksək elektromaqnit dalğalara dayanıqlıdır, bununla yanaşı eksremal şərtlərdə uzun müddəli dayanması üçün xüsusi testlərdən keçmişdir.

Sizə maraqlı ola biləcək yazı: Süd Yolu Qalaktikasından gələn gizli radio siqnalların mənbəyi nədir?

Keçmiş və günümüzün texnologiyası

Lentin bu qədər güclü olması və arxivdəki təhlükəsizlik tədbirlərini də nəzərə alsaq buradakı məlumatların gələcək nəsillərə əlçatan olmasını daha da artırır. Bu kodlara ehtiyac olana qədər onları əldə etmək mümkün olmayacaqdır, çünki Github arxiv proqramı bu məqsədlə təsis olunmuşdu. Gələcəkdə insanların bu arxivdəki kodlar haqqında nə düşünəcəkləri, nə edəcəkləri və necə əldə edə biləcəkləri barədə fikir söyləmək çətindir. Buna görə proqramlaşdırma dillərində yazılmış lentlərlə yanaşı normal dildə də yazılmış lentlər bu arxivə əlavə olunur. Bu lentlərdə arxivin keçmiş texniki, fəlsəfi və mədəni məlumatları da mövcuddur.

Qiyamət

Bu arxiv həm də gələcək insanlara sadəcə XXI əsrin açıq mənbə kodlarını təqdim etməyəcəkdir, həm də bu proqramların nə olduğunu və hansı növ texnologiyalar üzərində işlədiklərini izah edəcək. Bundan əlavə, bu arxivdə mikroprosessorlar, kompüter şəbəkələri, elektron komponentlər, yarımkeçiricilər və hətta ibtidai texnologiyalar var. Əlavə olaraq bu texnoloji əsasları izah edən sənədlər də var.

Beləliklə əgər bir gün qiyamət baş verərsə, sonrasında yeni sivilizasiya yaranarsa və ya müəyyən qism insanlar sağ qalmağı bacararsa, bir gün arxivi tapanlar bugünki dünyanı və texnologiyanı daha yaxşı başa düşəcəklər. Və bəlkə də lazım olduqda bu proqram təminatının işlədilməsi üçün tələb olunan kompüterləri çoxaltmaq üçün biliklərə sahib olacaqlar.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button