Elm

Süd Yolu Qalaktikasından gələn gizli radio siqnalların mənbəyi nədir?

Bu yaxınlarda elm adamları qalaktikamızın içindən gələn sürətli radio partlayışı yaxaladılar və onun mənbəyini araşdırmağa başladılar. Araşdırmaları nəticəsində təsadüfən bu kosmik sirri aça bildilər: zaman zaman kainatdan gələn qısa müddətlik radio dalğalarına nə səbəb ola bilərdi?

Əslində alimlər bu radio dalğalar haqqında 13 ildir ki, məlumatlı idilər. Sadəcə olaraq həmin dalğaların bir neçə millisaniyədə baş verməsi onları izləməyə və mənbəsini müəyyən etməyə maneə törədirdi. Aprel ayında Samanyolu qalaktikasından gələn nadir, lakin daha zəif bir partlayış iki fərqli teleskopla görüldü: Kaliforniyadan olan bir doktorantın antenalar dəstindən ibarət teleskopu və Kanada rəsədxanası.

Nature jurnalında yayımlanan araşdırmaya görə, bu sürətli radio partlayış Yerdən 32.000 işıq ili uzaqlıqda olan maqnetar adlanan qəribə bir ulduz növündən gəlir.

Maqnetarlar və kosmosdan gələn radio siqnalları

Bu, kosmosda mənbəsinə qədər izlənilən ilk sürətli radio siqnalı deyildi, eyni zamanda qalaktikamızda yayılan ilk radio dalğa idi. Astronomlar bu dalğalar haqqında başqa mənbələrin də ola biləcəyini söyləyirlər, amma indi yalnız birindən əmindirlər və ona fokuslanınlar: maqnetarlar.

Maqnetarlar, Günəşin kütləsinindən 1,5 dəfə böyük olan, kiçik bir şəhərin ölçüsündə kosmosda sıxışıb qalmış olduqca sıx neytron ulduzlarıdır. Çox miqdarda enerji ehtiva edən nəhəng maqnit sahələrinə sahibdirlər. Bəzən onlardan rentgen şüaları və radio dalğalar partlayışlar nəticəsində kosmosa yayılır.

 

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button