Elm

Maraq duyğusu əsasında nə dayanır?

Maraq duyğusu hamımıza məlumdur. Bilmədiyimiz, bizim üçün yeni hesab oluna bilən bir şeylə qarşılaşanda ya yaxınlaşıb onu anlamaq üçün araşdırırıq ya da qoruyucu bir instinktlə özümüzü ondan uzaqlaşdırırıq. Maraq, bəşəriyyətin tarixdə qazandığı bir çox elmi kəşfin də əsasını təşkil edir. Yeni dünya kimi tanınan Amerika qitəsinin avropalılar tərəfindən kəşfindən başlayaraq Aya ilk addım atılmasına qədər maraq və yenilik istəyi elm üçün ən böyük motivasiya olaraq qəbul edilə bilər. Canlıların maraq və yenilik istəyinə iki fərqli şeyin səbəb olduğunu söyləyə bilərik; alışılmamışlıq duyğusu və zövq mərkəzi (dopamin).

Alışmamışlıq duyğusu

Canlılar yeni stimullara bioloji olaradaq daha çox həssasdırlar. Görmə, eşitmə, duyma, qoxu və toxunma kimi əsas duyğu qabiliyyətlərimiz davamlı olaraq məruz qaldıqları reaksiyalara zamanla həssaslığını itirir. Bu vəziyyətə xalq arasında da bilindiyi kimi “öyrəşmək” deyilir. Məsələn, bu səbəbdən bir müddət sonra sıxdığımız parfümün qoxusunu almırıq, və ya yediyimiz yeməyin dadını tam almırıq.

Alışma prosesi zamanı qazanılan vərdiş üçün beyində bir siqnal meydana gəlir. Bu siqnal yeni ətraf mühitdə və ya yeni hadisələr zamanı beyində mövcud olan siqnallardan fərqli olur. Nəticədə yeni bir şey baş verdikdə orqanizm beyin tərəfindən sürətli şəkildə “xəbərdar” edilir və yeni yarananlara qarşı reaksiya formalaşır. Bu vəziyyət yeni reaksiyalara qarşı bir növ həssaslıq yaradır. Bu həssaslıq bədən üçün uyğun bir səviyyədədirsə, orqanizmi araşdırmağa meyilləndirmək üçün aktivləşdirir və “motivasiya” halına gəlir.

Həz Mərkəzi və Dopamin

Motivasiya ilə aktivləşdirilən orqanizmin beynində, reaksiyaya qarşı motivasiya və neyro-transmitter rolunu oynayan dopamin səviyyəsi ilə əlaqəli bir “istək” yaranır. Dopamin səviyyəsi nə qədər yüksəkdirsə, ortaya çıxan istəklər bir o qədər çoxdur.

Üç meymun üzərində aparılan bir araşdırmada, meymunların kompüter ekranında göstərilən üç fotoşəkildən birini seçməsinə icazə verildi, bunlardan birinə təsadüfi olaraq mükafat dəyəri qoyuldu. Əgər meymun düzgün fotoşəkili seçsə, meyvə suyu ilə mükafatlandırılacaqdı. Fotoşəkildən biri təsadüfi olaraq fasilələrlə dəyişdirilirdi. Meymunlar fərqli aralıqlarla duzlu su və “Vanoxerine” adlı dərman ilə testə cəlb olundu. Bu dərmanın əsas vəzifəsi meymunlarda dopamin miqdarı azaldıqda süni olaraq bunu artırmaq idi. Hər iki vəziyyətdə də yeni fotonu seçmə nisbətinin yüksək olması müşahidə olunurdu, bununla yanaşı “Vanoxerine”dən sonra meymunlarda yeni fotonu seçmə nisbətinin daha da artığı müşahidə olundu.

Maraq duyğusu
Mənbə: Behavioral Neuroscience

Bu vəziyyətdə meymunlar üçün meyvə suyu mükafatı yeniliyin səbəb olduğu motivasiya ilə birləşdirilərək “istəy”ə çevrildi və bu istək yerinə yetirildikdən sonra həzz mərkəzi “məmnunluq” hissi ilə doymağa başladı. Bənzər bir test insanlar üzərində aparılmışdır. Bir qrup subyekt təkrarlanan reaksiyalara məruz qaldı. Lakin təkrarlanan reaksiyalardan fərqli olaraq, prosesə yeni reaksiyalar da əlavə edildi. Test nəticəsində insanların vərdişlərindən kənar reaksiyaya daha həssas olduqları, diqqət mərkəzlərini yeni bir stimula çevirdikləri müşahidə edilmişdir.

Sizə maraqlı ola biləcək yazı: Zeyqarnik effekti və natamam tapşırıqlar

Diqqətimizi çəkən hər yeni stimul oxşar bir motivasiya-istək-mükafat dövrü ilə həzm olunur və alışdıqca proses davam edir. Marağımız təkamül prosesimizdə əsas sıçrayışlara səbəb olduğu üçün də vacibdir. Həyat mövcud olduğu müddətdə kəşf etmə-həzz dövranı asanlıqla yox ola bilmir, gələcəyi daha da həyəcanlı edir və elmin açar nöqtəsini təşkil edir.

Mənbə və araşdırma üçün:

  1. Costa, V. D., Tran, V. L., Turchi, J., & Averbeck, B. B. (2014). Dopamine modulates novelty seeking behavior during decision making. Behavioral neuroscience, doi: 10.1037/a0037128
  2. Di Chiara, G., & Bassareo, V. (2007). Reward system and addiction: what dopamine does and doesn’t do. Current opinion in pharmacology, DOI: 10.1016/j.coph.2006.11.003

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button